Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” “nano-SİM” kartları istehsal edə bilər


“Apple” korporasiyası və “Nokia”, “RIM” və “Motorola” şirkətlərinin daxil olduğu ittifaq ilk “nano-SİM” kartların istehsal hüququ üzrə mübarizə aparırlar. Hazırda “Apple”-ın konstruksiyası daha populyardır və şirkət yeni kartların birinci istehsalçısı olmaq üçün bütün şanslara malikdir.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, “Apple” korporasiyası məhz onların hazırlamasının təsdiqlənməsi halında digər istehsalçıların şirkətin patentindən istifadə edilməsindən lisenziya ödənişi almayacaq. Bu isə o anlama gəlir ki, “Apple” korporasiyasının məqsədi varlanmaq deyil, şirkət sadəcə yeni SİM kart standartı təyin etməyə çalışır.





 
 
EMİL
 
 





28/03/12    Çap et