Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azeronline”dan yüksəksürətli internet


“Azeronline” şirkəti Bakıda yüksəksürətli internet şəbəkəsinin inkişaf etdirilməsinə başlayıb. Şirkətdən verilən məlumata görə, artıq “Grand Park” şəhərciyinin yüksəksürətli internetə qoşulması üzrə kommersiya layihəsinin istismarına başlanılıb. Layihə çərçivəsində istehlakçılar FTTH (Fiber to the Home) texnologiyası ilə internetə qoşulurlar. Bu texnologiya sayəsində internetə optik lifli kabellər vasitəsilə giriş təmin edilir. Nəticədə hətta 100 Mb/s sürətli internet üçün etibarlı qoşulma təmin edilir. “Azercell”ə aid olan “Azeronline” şirkəti hazırda GPON avadanlığının sınaq testlərini yekunlaşdırmaq üzrədir. Bu üsuldan istifadə olunması yüksəksürətli internetin əhatə dairəsini genişləndirməyə, həmçinin şəbəkənin qurulmasını tezləşdirməyə imkan yaradacaq. FTTH layihəsinin qısa müddət ərzində tətbiqinə baxmayaraq, artıq bu xidmət istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.




05/07/11    Çap et