Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ƏƏSMN daxili elektron sənəd dövriyyəsinə keçib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daxili elektron sənəd dövriyyəsinə keçib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə adıçəkilən nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev məlumat verib.
O bildirib ki, artıq nazirlik daxilində hər hansı bir sənədə vizaların verilməsi üçün daxili elektron sənəd dövriyyəsi sistemindən istifadə olunur: «Bu, sənədin şöbədən şöbəyə keçirilməsi prosesinin sürətlə aparılmasına şərait yaradır».
A.Əliyev əlavə edib ki, ƏƏSMN elektron imzaların alınmasına başlayıb. Onun sözlərinə görə, bundan sonra ənənəvi imzalar artıq elektron imzalarla əvəz olunacaq: «Belə ki, bundan sonra kağız üzərində qələmlə qoyulan imzalar birbaşa elektron imza ilə əvəzlənəcək. İlkin mərhələdə elektron imza rəhbərlik, şöbə müdirləri, ümumiyyətlə, sənədə viza verən hər bir şəxs üçün alınacaq. Artıq elektron imzaların alınması üçün müraciət olunub».
SEYMUR
28/03/12 Çap et