Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xankəndi ilə bağlı ilk sayt yaradıldı


Ermənistan tərəfindən işğal olunan Azərbaycanın ən qədim ərazilərindən biri - Xankəndi ilə bağlı ilk sayt yaradılıb. "İCTnews" elektron xəbər xidmətinin əldə etdiyi məlumata görə, sayt 122 saylı Xankəndi seçki dairəsindən deputat seçilmiş Flora Qasımovanın təşəbbüsü ilə reallaşdırılıb. Portalda Xankəndi ilə bağlı ətraflı məlumatlar yer alıb.

Məlumat üçün bildirək ki, adıçəkilən saytın təqdimatı bu ayın 30-da Şuşa rayon İcra Hakimiyyətində - "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin qərargahında keçiriləcək. Həmin tədbirdə 1918-ci il 31 Mart soyqırımının anım mərasimi də olacaq. Ardınca isə "www.xankendi.az" saytının təqdimatı keçiriləcək.





 
SEYMUR






28/03/12    Çap et