Qlobal İnformasiya və Telekommunikasiya Texnologiyası Proqramı
Koreya Ali Elm və Texnologiya İnstitutu (KAİST) tərəfindən Qlobal İnformasiya və Telekommunikasiya Texnologiyası Proqramı çərçivəsində magistratura və ya doktorantura pillələrində təhsil üçün təqaüd elan edilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, proqramda bakalavr və ya magistr dərəcəsinə malik, dövlət sektorunda və ya tədqiqat institutlarında çalışan müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edə bilərlər.
Proqramda iştirak üçün müraciət etmək arzusunda olan şəxslər aprelin 30-dək
http://apply.kaist.ac.kr/ internet ünvanında elektron qeydiyyatdan keçməli, həmçinin sənədlərini poçt vasitəsilə müvafiq ünvana göndərməlidirlər.