Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dilmanc mətnin səsləndirilməsi sisteminin yeni versiyasını istifadəyə verib


Dilmanc mətnin səsləndirilməsi sisteminin yeni versiyası layihənin saytında yerləşdirilib.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu versiyada Azərbaycan dilində yazılmış mətnlər üzrə nitqin sintezi alqoritmləri daha da təkmilləşdirilib. 

Belə ki, bunun nəticəsində səsləndirmə keyfiyyəti xeyli yüksəlib. Daxil edilmiş mətnin maksimal uzunluğu isə 5000 simvoldan 15000 simvola qədər artırılıb.
Sistemdən http://www.dilmanc.az/az/project/tts ünvanına daxil olmaqla istifadə etmək olar.









CAHANGİR





28/03/12    Çap et