Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kosmik agentliyin kompyuterindəki məxfi məlumatlar oğurlanmayıb
Yaponiyanın “JAXA” kosmik agentliyinin əməkdaşlarından birinin kompyuterində baş vermiş məlumat itkisi məxfi informasiya olmayıb. Bu barədə agentliyin mətbuat xidməti məlumat verib.
“İCTnews” elektron xəbər xidməti bildirir ki, “JAXA” kosmik agentliyi məlumat itkisi haqqında ilk dəfə yanvarın əvvəlində məlumat vermişdi. O zaman agentliyin mütəxəssisləri hesab edirdilər ki, virusa yoluxdurulmuş kompyuterdən Yaponiyanın “HTV” kosmik yük maşını ilə bağlı əməliyyat və spesifikasiyalar haqqında məlumatlar oğurlana bilər.
Araşdırmanın nəticəsi əsasında məlumatların itirilməsi faktı təsdiq edilib. Lakin xoşbəxtlikdən bu, məxfi informasiya olmayıb. Biz, həmçinin sistemlərə qanunsuz giriş halları aşkar etməmişik.
EMİL
28/03/12 Çap et