Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompyuter texnikası və müasir informasiya texnoliogiyalarına həsr olunmuş sərgi keçiriləcək


Aprel ayının 4-də Yekaterinburq şəhərində işə başlayan kompyuter texnikası və müasir informasiya texnoliogiyalarına həsr olunmuş “Uralinfo-2012” sərgisi 7 aprel tarixinədək davam edəcək. Tədbir 3 bölməni əhatə edir: informasiya texnologiyaları, elektron şəhər və kompyuter avadanlıqlarının təchizatı.

İnformasiya texnologiyaları bölməsində informasiya sistemləri və proqramlar, mühasibat və vergi sisteminin avtomatlaşdırılması, elektron sənəd dövriyyəsi sistemləri və ofis proqramları, müəssisələrin idarəetmə sistemləri (CRM) nümayiş olunacaq.

“Elektron şəhər” bölməsində şəhərdə İKT-nin inkişafının strateji planlaşdırılması, elektron bələdiyyə, ağıllı ev, informasiya-məlumat sistemləri və xidmətləri,  kompyuter avadanlıqlarının təchizatı bölməsində isə mobil və portativ kompyuterlər, periferiya avadanlıqları və şəbəkə həlləri diqqətə çatdırılacaq.

“Uralinfo-2012” sərgisinin keçirilməsində əsas məqsəd bu məsələlərin müxtəlif aspektlərini diqqətə çatdırmaq, sahə mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasına yardım etmək və qarşılıqlı müzakirələr nəticəsində yeniliklərlə tanış olmaqdan ibarətdir.
 
 





29/03/12    Çap et