Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regionlarda telefon abunəçilərinin sayı 1 milyona çatdırılacaq


“Aztelekom” İB şəbəkənin tam istismarı, mövcud abunəçilərin sayının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirir. “Aztelekom” İB-dən verilən məlumata görə, aparılan işlər nəticəsində rayon telekommunikasiya qovşaqları tərəfindən xidmət göstərilən abunəçilərin sayı 700 minə çatıb. Birlik bu rəqəmi 1 milyona çatdırmağı hədəfləyib.

Hazırda birliyin xidmət ərazisində hər 100 nəfərə düşən telefonların sayı 12-yə, 100 ailəyə düşən telefonların sayı isə 57-yə bərabərdir.
 





29/03/12    Çap et