Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Asəf Əsədov: «Ənənəvi vergitutma modeli XXI əsrin qlobal tendensiyalarına uyğun təkmilləşdirilməlidir»
«Ənənəvi vergitutma modeli XXI əsrin qlobal tendensiyalarına uyğun təkmilləşdirilməlidir. POS terminallar, internet və mobil telefonlarla e-ödənişlərin aparılması və e-ticarətin geniş inkişafı ilə bağlı hüquqi və fiziki şəxslər yaxın gələcəkdə alqı-satqı əməliyyatlarını əsasən plastik kartlar və digər növ e-pullar vasitəsi ilə internet üzərindən aparacaqlar».
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Vergilər nazirinin beynəlxalq maliyyə qurumları ilə əlaqələr və təşkilati məsələlər üzrə müşaviri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Asəf Əsədov bildirib.
O qeyd edib ki, hüquqi və fiziki şəxslərin fəaliyyətində bank vasitəsi ilə və internet üzərindən aparılan əməliyyatların həcminin surətlə artmasını nəzərə alaraq, sahibkarlıq subyektləri tərəfindən aparılan elektron əməliyyatlara görə vergilərin tutulması vergi inzibatçılığı sahəsində ən mürəkkəb məsələlərdən biridir: «Bu istiqamətdə e-krommersiya və e-xidmətlərlə bağlı qeyri-maddi aktivlərin vergitutma obyektləri kimi təsbit edilməsi məsələləri Vergi Məcəlləsində və əlaqəli qanunvericilikdə mühüm dəyişiklərin edilməsini, eləcə də elektron kommersiya və e-xidmətlərlə bağlı internet üzərindən aparılan əməliyyatların aşkar ediliməsi məqsədi ilə vergi inzibatçılığı sahəsində innovasiya yönümlü intellektual texnologiyaların inkişafını və tətbiqini tələb edəcək».
SEYMUR
29/03/12 Çap et