Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Milli Arxiv Fondu sənədlərinin elektron sistemi yaradılıb
“Ötən il dövlət arxivlərinin səmərəli fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradılıb. Həyata keçirilən ən vacib tədbirlərdən biri Milli Arxiv Fondu sənədlərinin elektron sisteminin yaradılması olub”.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Milli Arxiv İdarəsinin 2011-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında idarənin rəisi Ataxan Paşayev bildirib. Onun sözlərinə görə, artıq bu məqsədlə Milli Arxiv İdarəsinin aidiyyatı binalarında server otaqları yaradılıb və lazımi avadanlıqlar alınıb.
CAHANGİR
29/03/12 Çap et