Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2011-ci ildə dünya bazarına 1 milyard internetə qoşulan qurğu tədarük edilib
"IDC" analitik şirkətinin hesablamalarına görə, 2011-ci ildə dünyada təxminən 916 milyon internetə qoşulan qurğu (kompyuter, noutbuk, server, planşet, smartfon, mobil telefon, müxtəlif peşəkar şəbəkə qurğuları və s.) tədarük edilib. Onların ümumi qiyməti 490 milyard dollar təşkil edib.
"İCTnews" elektron xəbər xidməti bildirir ki, "IDC Clients and Displays" şirkətinin vitse-prezidenti Robert O’Donnelin sözlərinə görə, "IDC" analitik şirkəti 2012-ci ildə dünya bazarına təxminən 1,1 milyard, 2016-cı ilədək isə 1,84 milyard internetə qoşulan qurğu tədarük etməyi proqnozlaşdırır. Ehtimal edilir ki, internetə qoşulan qurğu satışlarının illik orta artım sürəti 15,4 faiz təşkil edəcək.
EMİL
29/03/12 Çap et