Londonda keçirilmiş sərgidə Albert Eynşteynin beyni göstərilib
Londonda keçirilmiş sərgidə istəyən şəxslər fizik-nəzəriyyəçi Albert Eynşteynin beyninin fraqmentlərinə baxa biliblər. Həmçinin "Wellcome Collection" qalereyasında XIX əsrin məşhur kanadalı cinayətkarı Edvard Rulloffun, sufrajist (sufrajizm hərəkatında iştirak edən qadın) Helen Qardenerin və adsız qədim misirlinin beyninin bir hissəsi tamaşaçılara göstərilib.
"İCTnews" elektron xəbər xidməti bildirir ki, Albert Eynşteynin beyninin hissələri Böyük Britaniyada ilk dəfə nümayiş olunub. Onlar patoloqoanatom Tomas Xarvinin sayəsində saxlanılıb.
EMİL