Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LG” şirkəti apreldə elastik ekranların kütləvi istehsalına başlayacaq
"LG" şirkəti 1024×768 nöqtə təsvir ölçülü və 0.7 mm qalınlıqlı 6 düymlü elastik ekranların kütləvi istehsalına başlayacaq. Şirkətin rəsmi press-relizində bildirilib ki, 2012-ci ilin aprelində qurğu Avropa mağazalarında satışa çıxarılacaq.
"İCTnews" elektron xəbər xidməti bildirir ki, elastik ekranın çəkisi 14 qr təşkil edir. Məlumat üçün bildirim ki, belə ekranı sındırmaq heç də asan deyil.
EMİL
29/03/12 Çap et