Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” mayda birjaya çıxmağı planlaşdırır


Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook" 2012-ci ilin mayında səhmlərini  birjaya çıxartmağı planlaşdırır.

"İCTnews" elektron xəbər xidməti bildirir ki, şirkət hələ 2012-ci ilin fevralında səhmlərinin birjada ilkin açıq yerləşdirilməsi üçün ərizə vermişdi. Ərizədə 5 milyard dollar göstərilmişdi. "IPO"-ya hazırlıq prosesində bu göstərici ikiqat arta bilər.

Məlumat üçün bildirim ki, "Facebook" sosial şəbəkə sahəsində liderliyini qoruyub saxlayır və maliyyə göstəricilərini artırmağa davam edir. 2011-ci ildə "Facebook" 1 milyard dollar həcmində xalis mənfəət qazanıb, bu isə 2010-cu ilin göstəricilərini 65% ötür. Bu halda keçən il ərzində şirkətin mənfəəti 88% artıb və 3,7 milyard dolları ötüb.


 
EMİL





29/03/12    Çap et