Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Avirtel” internet xidməti haqqının ödəniş imkanlarını artırıb


“Avirtel” MMM abunəçilərin rahatlığını təmin etmək məqsədilə bir neçə ödəniş sistemini təqdim edir.  “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, abunəçilər  üçün “http://avirtel.az/payment.php” elektron ünvanına daxil olmaqla "Visa", "Master Card", "Maestro Card" və “Netmoney” ödəmə kartı vasitəsilə internet xidməti üçün onlayn ödəniş etmək imkanı yaradılıb. İstifadəçilər həmçinin “AgentPay” sistemi ilə işləyən banklar vasitəsilə ADSL xidməti haqqını ödəyə bilərlər.

Bununla yanaşı, “paypoint terminal”, bankomat (ATM) və “internet banking” xidmətlərindən istifadə etməklə ödənişləri həyata keçirmək mümkündür.






CAHANGİR





30/03/12    Çap et