Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tanınmış sosial şəbəkə rəhbəri Yaponiya baş nazirinə qəribə hisslər yaşadıb


"Facebook"un yaradıcısı Mark Zukerberq Yaponiyadakı fəlakətdən ilhamlanıb. Belə ki, Yaponiyaya səfərə çıxmış gənc milyonçu baş nazir Yoşihiko Nodayla görüşündə, fəlakətə düşmüş insanların bir-birilə asanlıqla ünsiyyət qura bilməsi üçün "Facebook"da yeni funksiya yaratdığını və hazırda funksiya üzərində müvafiq sınaqların aparıldığını deyib. Zukerberq qeyd edib ki, yeni funksiya ilə tanış olanların sayı artıq 1 milyona yaxındır.

Yapon nazir isə yarı ciddi, yarı zarafat, onun haqqında çəkilmiş “Sosial Şəbəkə” bədii filmindən sonra Zukerberqi yanında görərkən qəribə hisslər keçirdiyini deyib.
 





30/03/12    Çap et