Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet, səs və qrafik texnologiyaları sərgisi təşkil ediləcək


3-4 aprel tarixlərində  San-Fransisko (ABŞ) şəhərində “AD:TECH SAN FRANCISCO 2012” sərgisi keçiriləcək. Tədbir “Dmg World Media” (UK) Ltd. şirkətinin təşkilatçılığı ilə “Moscone Convention Center”də baş tutacaq. Sərginin ekspozisiyasını internet, pr texnologiyalar, səs və qrafik texnologiyalar təşkil edəcək.

 “AD:TECH SAN FRANCISCO 2012” ənənəvi olaraq bu il də  mütəxəssis, alim və bu sahə ilə maraqlanan müxtəlif əhali qruplarından ibarət geniş auditoriyaya dünya səviyyəli şirkətlərin əldə etdiyi ən son nailiyyətlər, yeni texnologiyalar ilə yaxından tanış olmaq, habelə faydalı diskussiya və fikir mübadiləsi aparmaq imkanlarını təqdim edəcək.

Bu il “AD:TECH SAN FRANCISCO 2012”-də informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə  bir çox texnoloji yeniliklərin nümayiş olunacağı proqnozlaşdırılır.
 





30/03/12    Çap et