Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli internet operatorunun endirim kampaniyası yekunlaşır


"SAZZ" simsiz internet operatorunun Novruz Bayramı ilə əlaqədar elan etdiyi endirim kampaniyası  31 mart daxil olmaqla ayın axırınadək davam edir.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, endirim kampaniyası sadəcə USB modemləri deyil, eləcə də "WiFi" avadanlığı, o cümlədən, "MF10" adaptoru və "WiFi-WiMAX" mərkəzini əhatə edir.

Aksiyada iştirak etmək üçün aktiv abunəçi paketinə sahib olmaq və ya yeni abunəçi müqaviləsi bağlamaq yetərlidir.
Qeyd edək ki, kampaniyada "SAZZ" loqotipini daşıyan bütün ticarət nöqtələri iştirak edir.




CAHANGİR





30/03/12    Çap et