Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qaz xətləri elektron xəritədə


Bakı və Abşeron rayonunun qaz təchizatı sisteminin yenidən qurulması layihəsi üzrə yeni şəbəkənin planlaşdırılması, hesablanması və mərkəzləşdirilən idarəetmə sisteminin (dispetçer) yaradılması işləri ilə əlaqədar ayrı- ayrı rayonların ərazilərində yerləşən yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərlərinin "ArcGis" proqram təminatında elektron məlumatlar bazası yaradılıb.

Bu barədə "Azəriqaz" QSC-dən bildiriblər. Məlumatda qeyd edilir ki, layihə regionlarda da tətbiq ediləcək. Tətbiq olunan bu sistem vasitəsi ilə hər bir rayon üzrə elektron xəritə yaradılır.

Bununla da ərazidə yerləşən obyektlərin ünvan və xüsusiyyətləri təyin olunur, yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərləri müasir elektron ölçmə cihazları vasitəsi ilə axtarılır, ölçülür, plana alınır və elektron xəritənin üzərinə salınır. Nəticədə coğrafi məkan məlumatları ilə əlaqəli analizlərin aparılması mümkün olur.
 





30/03/12    Çap et