Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Miqrasiya orqanlarının fəaliyyəti avtomatlaşdırılır
Ölkədə miqrasiya orqanlarının fəaliyyətləri üçün zəruri informasiya, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması həyata keçirilir və elektron xidmətlərin göstərilməsi təmin edilir. “Bestcomp Group” şirkətinin “bProMiq” sistemi bu sahədə sınaqdan uğurla keçmiş alət hesab edilir. Sözügedən sistem ölkədə mövcud olan digər informasiya resursları və sistemləri ilə uzlaşdırılıb.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, miqrasiya sahəsində “bir pəncərə” sisteminin tətbiqi bu sahədə prosedurların sadələşdirilməsinə, şəffaflığın təmin olunmasına səbəb olub. Miqrasiya sahəsində Vahid Məlumat Sisteminin yaradılması ölkədə miqrasiya sahəsində görülən işlər barədə dəqiq məlumat əldə etməyə imkan verir.
30/03/12 Çap et