Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan dilində ilk antivirus proqramının tətbiqinə başlanır


Azərbaycanın informasiya texnologiyaları bazarında Azərbaycan dilində “B.A.K.U.” adlı  yeni antivirus proqramı yaradılıb. Artıq tətbiqinə başlanan proqram bir çox xüsusiyyətləri ilə fərqlənir. Milli atributlarımızı özündə cəmləşdirən bu proqramdan istifadə zamanı yaranan hər hansı texniki problemlə bağlı istənilən suala istifadəçilər on-layn cavab ala biləcək.

Bu müvafiq linkə daxil olmaqla həyata keçirilir. 3 aydan bir yenilənəcək antivirus proqramının üzərində mütəmadi texniki təkmilləmə işi aparılacaq. Mütəxəssislər məhsulun ərsəyə gəlməsi üçün 8 ay çalışıb.

“B.A.K.U” antivirus proqramı valideynlərə kompyuterdən istifadə zamanı övladılarına nəzarət etməyə də yardımçı olacaq. Belə ki, onların hansı saytlardan istifadə etdiyini müəyyənləşdirə biləcəklər. Eyni zamanda arzuolunmaz saytlara blok qoymaq mümkün olacaq.

Bu antivirusun digər özəlliyi isə şübhəli casus proqram təminatını tapmasıdır. Həmçinin, o sosial şəbəkələrdə xoşagəlməz linkləri təmizləyib və bu barədə istifadəçiyə məlumat da verəcək. Antivirus proqramının rəsmi satışı ilə “Montek” şirkəti məşğul olacaq.
 





31/03/12    Çap et