Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur hakerdən şok xəbər


Texnologiyanı yaxından izləyənlər  haker Corc Hotzu yaxşı tanıyır. Onun adı məşhur "iPhonu" smartfonlarının  "sındırılması" ilə daha çox məşhurdur. "Sony Playstation Network" şirkətini "hack" edərək korporasiyanı maliyyə itkisinə uğratması  isə onun məsuliyyətə cəlb edilməsi üçün əsaslı olmayıb.

Çünki o, şirkətin açdığı bütün iddialar üzrə bəraət qazanmağı bacarıb. Bu azmış kimi, cənab Hortz bir müddət əvvəl "Facebook" sosial şəbəkəsində işə düzəlib.

Əfsanəvi haker növbəti dəfə yenə polislə qarşı-qarşıya gəlib.  Amma bu dəfə mövzu daha  fərqlidir. Belə ki, Teksasda təşkil edilən  "SXSW" konfransından qayıdarkən Hotz sərhəd keşikçiləri  tərəfindən yoxlanılıb və üzərində narkotik maddə olduğu aşkar edilib. Hələlik, onunla bağlı hansı qətimkan tədbirlərinin görüləcəyi məlum deyil.





31/03/12    Çap et