Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rusiyada elektron ticarət bazarının həcmi 32 milyard dollara qədər artacaq
Rusiyada elektron ticarət bazarının həcmi 2015-ci ilədək təxminən 29-32 milyard dollara qədər artacaq. Bu barədə "Bay.Ru" şirkətinin Rusiya və MDB ərazisindəki baş direktoru Maksim Andryuxin "Biznes online: elektron ticarətin gələcəyi" konfransında məlumat verib.
"İCTnews" elektron xəbər xidməti bildirir ki, "Bay.Ru" şirkətinin hesablamasına görə, 2011-ci ildə Rusiyada elektron ticarət bazarının həcmi təxminən 12-13 milyard dollar təşkil edib. 2012-ci ildə onun həcmi 15 milyard dollara, 2013 və 2014-cü illərdə isə Rusiyada elektron ticarət bazarının həcmi təxminən müvafiq olaraq 19 və 24-25 milyard dollara bərabər olacaq.
Rusiya Federasiyasında elektron ticarət bazarının illik orta artım indeksi 21,37% təşkil edəcək. "Bay.Ru" şirkətinin statistikasına görə, Rusiyanın elektron ticarət bazarı həcminə görə ABŞ bazarından əhəmiyyətli dərəcədə geri qalır.
Belə ki, 2011-ci ildə ABŞ-da elektron ticarət bazarının həcmi təxminən 210-230 milyard dollar təşkil edib və 2015-ci ildə bu bazarın həcmi 330-350 milyard dollara qədər artacaq. Andryuxin qeyd edib ki, Rusiyanın elektron ticarət bazarının həcminin az olmasının əsas səbəblərindən biri məhsullara bank kartları vasitəsilə ödəniş edilməsinə inamsızlıqdır.
Məlumat üçün bildirim ki, "Bay.Ru" şirkətinin əsas ofisi ABŞ ərazisində yerləşir. O, vasitəçilik fəaliyyəti ilə məşğul olur; rus alıcıları onun vasitəsilə "eBay" və "Amazon" daxil olmaqla, malları xarici internet mağazaları və internet-hərraclarından satın ala bilərlər.
EMİL
02/04/12 Çap et