Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” MMC daha iki pulköçürmə sisteminə qoşulacaq


“Azərpoçt” MMC ilə “Western Union” pulköçürmə sistemi arasında qarşılıqlı əməkdaşlığa dair imzalanan müqavilə yüksək səviyyədə icra olunur. Belə ki, imzalanmış müqaviləyə əsasən, “Azərpoçt” MMC-nin tabeli poçt filialı və poçt şöbələri “Western Union” pulköçürmə sisteminin tətbiqi başa çatmaq üzrədir. Hal-hazırda 160-a yaxın poçt şöbəsi “Western Union” pulköçürmə sistemində qeydiyyatdan keçmişdir və həmin poçt şöbələri əhaliyə xidmət göstərir. “Azərpoçt”MMC-dən verilən məlumata görə , “Coinstar” və “CONTACT” beynəlxalq pul köçürmələri sisteminə isə qoşulma prosesi həyata keçirilməkdədir.




06/07/11    Çap et