Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu gündən yerli banklar qaz SMART-kartların yüklənməsinə başlayır
Aprelin 2-dən etibarən əhali Azərbaycanın bütün banklarında qazdan istifadəyə görə ödəniş üçün SMART-kartları yükləmək imkanı əldə edəcək. Bu barədə "GoldenPay" şirkətindən məlumat veriblər.
Banklar kart-riderlərlə təchiz ediləcək ki, bu da vətəndaşlara kartları birbaşa bankların (Azərbaycan Beynəlxalq Bankı istisna olmaqla) filial şəbəkəsində nağd vəsaitlə yükləməyə imkan verəcək.
Hazırda SMART-kartın yüklənməsi "Paypoint" özünəxidmət terminalları vasitəsilə həyata keçirilir. Belə terminalların sayı hazırda 315 ədəd təşkil edir. İkinci rübdə bu qurğuların sayının daha 100 ədəd artırılması gözlənilir.
Bununla yanaşı, "GoldenPay" şirkəti aprelin sonunadək əhali üçün kart-riderlərin kütləvi reallaşdırılmasına başlamağı planlaşdırır ki, bu da qaz sayğaclarının SMART-kartlarını internet şəbəkəsi vasitəsilə yükləməyə imkan verəcək.
Kart-riderlərin qiyməti 30 manat təşkil edəcək.Bu kart-riderlər elektron sənədlərin rəqəmsal imzasının təminatı zamanı istifadə edilə bilər.
02/04/12 Çap et