Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” korporasiyasının yaranmasından artıq 36 il ötüb
Dünyanın ən tanınmış və bahalı şirkəti olan “Apple”-ın yaranmasından artıq 36 il ötüb. Belə ki, 1976-cı il aprelin 1-də Stiv Cobs, Stiv Voznyak və Veyn öz şirkətlərini rəsmi olaraq qeydiyyatdan keçiriblər.
“İCTnews” elektron xəbər xidməti bildirir ki, 36 il əvvəl iki gənc, lakin çox istedadlı Stiv Cobs və Stiv Voznyak “Apple” şirkətinin əsasını qoyublar. Bu şirkət sonralar dünyanın ən nüfuzlu və gəlirli şirkətlərindən biri oldu.
Arxada qalmış illərə nəzər salsaq, görərik ki, “Apple” şirkətinin həm uğuru, həm də uğursuzluqları olub, lakin onun təsisçilərindən biri Stiv Cobsun sayəsində o, hər dəfə yenidən dirçəlirdi. Məlumat üçün bildirim ki, 2011-ci il oktyabrın 5-də Stiv Cobs dünyasını dəyişib.
Bundan sonra bir çox analitiklər bildirmişdilər ki, Stiv Cobssuz “Apple” şirkəti iflas olacaq. Lakin hamımız şahidik ki, hazırda “alma" imperiyası öz pərəstişkarlarını yeni qurğularla sevindirərək satış rekordu qırmağa davam edir.
EMİL
02/04/12 Çap et