Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda multimedia taksofonları aprelin 20-dək qurulacaq
«Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar olaraq Bakı şəhərində yeni multimedia taksofonları aprelin 20-dək qurulacaq.“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, Bakı Avtomat Telefon Qovşağı tərəfindən taksofonların dislokasiya yerləri haqqında Bakı şəhər İcra Hakimiyyətinə verilən təqdimata uyğun olaraq işlər aparılır.
Taksofonların yerləşəcəyi yerlərin yüksək keyfiyyətli rabitə xətlərinin təmin edilməsi, xüsusi dizaynla hazırlanan köşklərin şəhərin ümumi mənzərəsi ilə ansambl təşkil etməsi nəzərdə tutulan planlar sırasında birincidir. Hazırda icra hakimiyyətində məsələ üzərində iş aparılır.
Qeyd edək ki, Bakıda quraşdırılacaq üzərində ingilis dilində yazılar olan universal tipli taksofonlar xüsusi dizayn ilə fərqlənməklə həm kartla, həm də qəpiklə işləyəcək ki, bir qədər əvvəl Bakıda quraşdırılan bu tip taksofonlar əhali tərəfindən böyük maraqla qarşılanıb.
Bundan əlavə taksofonların üzərində istifadə qaydaları, ölkələrin və rayonların kodları, köməkçi məlumatlar və s. olacaq ki, bu da istifadəçilərin rahatlığının təmin edilməsinə hesablanıb.
02/04/12 Çap et