Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Misir əxlaqa zidd saytlara qadağa qoydu
Misirin İnzibati Məhkəməsi əxlaqa zidd olan saytlara qadağa qoyub. “İCTnews” elektron xəbər xidməti “lent.az”-a istinadən bildirir ki, məhkəmə bu qərarı pornoqrafik saytların cəmiyyətdə aşınma yaratdığı üçün verib.
Qərarda qeyd edilir ki, pornoqrafik saytlar dinə inamı, etika və mənəviyyatı dağıdır, milli və sosial təhlükəsizliyə zərbə vurur. Misir rabitə naziri Məhəmməd Salem deyib ki, internetə nəzarət və pornoqrafik saytlara girişin məhdudlaşdırılması üçün deputatlardan ibarət xüsusi komitə yaradılacaq.
02/04/12 Çap et