Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İki regional TV-nin lisenziya müddəti uzadılıb
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda "Alternativ" Teleradio Məhdud Məsuliyyətli Cəmiyyətinin və "Xəyal" Müstəqil Teleradio şirkətinin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.
Şuradan “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, MTRŞ "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.9-cu bəndini rəhbər tutaraq "Alternativ" Teleradio Məhdud Məsuliyyətli Cəmiyyətinin və "Xəyal" Müstəqil Teleradio şirkətinin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.
SEYMUR
02/04/12 Çap et