Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pulsuz modemin verilməsi ilə əlaqədar keçirilən kampaniyanın müddəti uzadılıb


"AZ-EVRO TEL" MMC  tərəfindən  2011-ci il, noyabr ayının 1-i  tarixindən etibarən ADSL internet xidmətinə  yeni qoşulan abunəçilərə pulsuz modemin verilməsi ilə əlaqədar keçirilən kampaniyanın müddəti cari ilin may ayının 15-dək  uzadılıb.

"İCTnews" elektron xəbər xidmətinə MMC-dən verilən məlumata görə, kampaniya çərçivəsində yeni sənədləşən və azı 1 (bir) il ərzində "AZ-EVRO TEL" MMC-nin  ADSL internet xidmətindən istifadə edən abunəçilərə "Tenda D820R ADSL2+" (1 port) tipli modem pulsuz verilir və instalyasiya edilir.

Qeyd edək ki, bu kampaniyadan yararlanan və 1 (bir) ildən tez    "AZ-EVRO TEL" MMC-nin ADSL internet xidmətindən imtina edən abunəçi qeyd olunan modemi işçi vəziyyətdə geri qaytarmalıdır.
 


CAHANGİR





03/04/12    Çap et