Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakinternet” internet xidmətinin servis mərkəzinin işi avtomatlaşdırılıb


"Bakinternet" internet  provayderinin "155" servis xidmətinə müraciət sistemi avtomatlaşdırılıb. Bu barədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən  "İCTnews" elektron xəbər xidmətinə məlumat verilib. Məlumata görə, internet xidməti ilə əlaqədar hər hansı bir problem yarandığı və müraciət etmək zəruriyyəti yarandığı  halda bu məsələnin həlli üçün istifadəçi tərəfindən "155" kodunu yığaraq sistemə internet xidməti qoşulmuş telefon nömrəsini daxil etmək kifayətdir.

Nömrə sistemə daxil edildikdən sonra sistem nömrənin doğruluğunu bir daha yoxlayaraq istifadəçiyə bunun təsdiqlənməsini təklif edir.

Təsdiqlənmə yerinə yetirildikdən sonra (1 düyməsini basmaqla) sistem müraciətin qəbul edildiyi haqda istifadəçini məlumatlandırır.

Əgər müraciət istifadəçi tərəfindən təkrar olaraq sistemə daxil edilərsə, bu halda sistem istifadəçini müraciətin artıq hansı tarix və vaxtda sistemə daxil edildiyini xatırladır.

İstifadəçilər tərəfindən müraciət daxil edildikdən və sistem tərəfindən həmin müraciət qəbul edildikdən sonra növbəti prosedurlar sistem tərəfindən   insan faktoru olmadan avtomatik olaraq yerinə yetirilir.
Qeyd etmək lazımdır ki, müraciətlərin avtomatik daxil edilməsi imkanlığı ilə yanaşı "155" xidməti operatoru ilə canlı dialoq yaratmaq imkanı da əvvəllər olduğu kimi saxlanılıb.


CAHANGİR





03/04/12    Çap et