Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hansı veb-səyyah daha populyardır?
“StatCounter” şirkəti 2012-ci il aprelin əvvəlində veb-səyyahlar bazarındakı vəziyyəti qiymətləndirib.
“İCTnews” elektron xəbər xidməti bildirir ki, “İnternet Explorer” veb-səyyahının payı 1 il ərzində 12% azalıb: əgər 2011-ci ilin aprelində “Microsoft” korporasiyasına məxsus veb-səyyahın bazar payı 44,5%-ə bərabərdirsə , hazırda onun payı 32,6% təşkil edir.
Populyarlığa görə ikinci yerdə 32.2% göstərici ilə “Chrome” veb-səyyahı yerləşib. Müqayisə üçün: 1 il əvvəl onun payı 18,3% təşkil etmişdi.
Reytinqdə üçüncü mövqedə yerləşən “Firefox” veb-səyyahının payı 1 il ərzində 29,7%-dən 24,8%-ə qədər azalıb. Sonrakı yerlərdə “Safari” (7.6%) və “Opera” (1.8%) veb-səyyahları yerləşiblər.
EMİL
03/04/12 Çap et