Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ukrayna Azərbaycana kosmik proqramın həyata keçirilməsində kömək etməyə hazırdır
Ukrayna Azərbaycana kosmik proqramının həyata keçirilməsində, xüsusilə telekommunikasiya peyklərinin orbitə buraxılmasında kömək etməyə hazırdır. Bu barədə Ukraynanın baş naziri Nikolay Azarov bildirib.
"Azərbaycanın kosmik sənayesinin inkişafı üzrə planlarını nəzərə alaraq, biz uzunmüddətli layihələrin (Azərbaycan peyklərinin orbitə çıxarılmasından kosmik sənaye üçün mütəxəssislərin hazırlanmasına qədər) reallaşdırılması səviyyəsinə keçməyə hazırıq" - baş nazirin saytında belə qeyd edilib.
Məlumat üçün bildirək ki, Ukrayna kosmik raketdaşıyıcıların işə salınması bazarında liderlərdən biridir. Bu ölkə bazarın təxminən 10%-nə nəzarət edir.
EMİL
03/04/12 Çap et