Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti Çində zavod tikəcək
"Samsung Electronics" konserni "NAND" fləş yaddaş çiplərinin istehsalı üzrə Sianda (Çin Xalq Respublikası, Şansi) tikiləcək zavoda 7 milyard dollar həcmində sərmayə yatıracaq. Bu barədə Cənubi Koreya şirkətinin mətbuat katibi Ken No bildirib.
"İCTnews" elektron xəbər xidməti bildirir ki, onun sözlərinə görə, şirkətin Direktorlar şurası artıq bu layihəyə 2-3 milyard dollar ayrılmasını təsdiq edib.
Məlumat üçün bildirim ki, hazırda "Samsung" şirkətinin fləş yaddaş qurğuların istehsalı üzrə Cənubi Koreyadan kənarda yerləşən yalnız bir zavodu var. Zavod ABŞ-ın Texas ştatının Ostin şəhərində yerləşir. Bu zavod "iPad" üçün komponentlər tədarük edir.
Orda, həmçinin mobil qurğular üçün prosessorlar istehsal olunur. "Apple" şirkəti cari ildə "Samsung"dan sifarişləri 11 milyard dollara qədər artırıb. Müqayisə üçün: 2011-ci ildə Cənubi Koreya istehsalçısı Amerika şirkətinə 7,8 milyard dollar həcmində məhsul tədarük etmişdi.
EMİL
03/04/12 Çap et