Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İspaniyada dünyada ən dəqiq tərəzi yaradılıb


İspaniyalı alim-fiziklər kütləni 1,7 yoktoqram (1 protonun kütləsi) dəqiqliklə ölçən tərəzi hazırlayıblar. Məlumat üçün bildirim ki, əvvəlki ən dəqiq tərəzilər kütləni 100 yoktoqram dəqiqliklə ölçürdü. Yoktoqramın  mahiyyətini aydın təsəvvür etmək üçün qeyd edim ki, suyun bir molekulunun kütləsi təxminən 0,3 yoktoqram təşkil edir.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, yeni yaradılmış tərəzi vakuum kamerasına yerləşdirilmiş, uzunluğu təxminən 150 nanometr və diametri 1.7 nanometr olan karbon nanoboru dəstindən ibarətdir.

Ona çəkilməli olan obyekt daxil etdikdə bütün quraşdırma 4 Kelvin temperatura qədər soyuyur. Sonra isə borulara elektrik cərəyanı verilir, reaksiya tezliyi ölçülür və artıq bu informasiya əsasında obyektin kütləsi hesablanır.

Əlbəttə ki, yeni tərəzilər məişətdə tətbiq edilməyəcək. Yeni yaradılmış tərəziləri yüksək dəqiqlik tələb edən sınaqlar keçirildikdə müxtəlif maddə molekullarının hesablanması üçün istifadə etmək planlaşdırılır.
 
EMİL
 
 





03/04/12    Çap et