Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən etibarlı şifrələri hansı xalqın nümayəndələri seçir?


Kembric Universitetinin britaniyalı alimi Cozef Bonno 70 min internet şifrənin “qırılma” müqavimətini təhlil edib. Qeyd edək ki, hazırda bu sahə üzrə aparılmış ən böyük tədqiqatdır. Bu təhlildən sonra mütəxəssis belə nəticəyə gəlib ki, bütün internet şifrələrinin təxminən 1 faizini 10 cəhdə “sındırmaq” mümkündür.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, Cozef Bonnonun sözlərinə görə, istifadəçilər, hətta satınalmaları kart vasitəsilə ödəməyə imkan verən xidmətlərdə qeydiyyatdan keçdikdə belə müvafiq hissəyə daxil etdiyi şifrələrin çətin tapılan olmasının qayğısına az qalırlar. Bu halda seçdikləri şifrənin çox sadə olmasını bildirən xəbərdarlığın onlara heç bir təsiri yoxdur.

Bundan əlavə, tədqiqat gedişatında məlum olub ki, insan nə qədər yaşlıdırsa, şifrə seçiminə bir o qədər ciddi yanaşır. Almaniya və Cənubi Koreya istifadəçilərinin hesablarını “sındırmaq” daha çətindir, indoneziyalılar isə öz məlumatlarını daha zəif qoruyurlar. Cozef Bonno, həmçinin əlavə edib ki, istifadəçilər hətta hesablarının “qırılmasından” sonra belə çətin şifrə seçmirlər.


 
EMİL
 





03/04/12    Çap et