Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İngiltərədə vətəndaşların elektron yazışmalarını izləyəcəklər
Böyük Britaniya hökuməti yeni qanun layihəsi hazırlayır. Bu qanuna əsasən, ölkənin hüquq-mühafizə orqanlarında çalışan əməkdaşlara vətəndaşların internetdəki fəallığının izlənilməsi üzrə verilmiş səlahiyyətlər genişləndiriləcək.
Xüsusilə, polislər bu və ya digər məktubun kim tərəfindən, kimə və nə vaxt göndəriləcəyini görə biləcəklər. Bu halda mesajın mətni məxfi saxlanılacaq.
“İCTnews” elektron xəbər xidməti bildirir ki, qanun layihəsi Böyük Britaniya sakinlərinin internetdəki fəaliyyətinə edilən nəzarətin kəskinləşməsi üzrə bir sıra digər tədbirlər nəzərdə tutur. Məsələn, telefon söhbətləri də izləniləcək. Həmçinin, zəngin müddəti və telefon söhbətində iştirak etmiş adlar təsbit ediləcək, lakin danışıqların məzmunu məxfi saxlanılacaq.
Qanun layihəsinin müəllifləri iddia edirlər ki, belə tədbirlər müxtəlif cinayətlərin araşdırılmasına kömək edəcək. Lakin ölkə sakinləri, həmçinin bir sıra mütəxəssislər hesab edirlər ki, bu tədbirlər internet istifadəçilərinin məxfiliyi üçün təhlükə doğurur.
EMİL
03/04/12 Çap et