Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İKT sektorunda həyata keçirilən tədbirlərin nəticələri qiymətləndirilib


Azərbaycan Marketinq Cəmiyyəti “Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində faktiki vəziyyətin qiymətləndirilməsi” mövzusunda marketinq tədqiqatı aparıb. Tədqiqatın nəticələri ilə bağlı “Hilton” mehmanxanasında təqdimat mərasimi keçiriləcək.

Tədbirdə dövlət qurumlarının, diplomatik korpusun, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, özəl sektorların, o cümlədən, İKT şirkətlərinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Cəmiyyətdən verilən məlumata görə,  İKT sektorunun ölkəmizin aparıcı və prioritet sahəsi olması, gələcək davamlı iqtisadi inkişaf üçün yüksək potensialı nəzərə alınaraq həyata keçirilən tədqiqatın məqsədi Azərbaycanda bu sektorda son illər görülən  işlərin nəticələrinin qiymətləndirilməsi olub.  





04/04/12    Çap et