Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qazaxıstanda informasiyalaşdırma və informasiya təhlükəsizliyi üzrə iclas keçirilir


Qazaxıstanın paytaxtı Astanada Regional Rabitə Birliyinin (RRB) informasiyalaşdırma və informasiya təhlükəsizliyi üzrə komissiyalarının müvafiq olaraq 27-ci və 14-cü iclasları işə başlayıb. 

Bu gün də  davam edəcək tədbirlərdə RRB iştirakçısı olan ölkələrdə elektron hökumətin qurulması və inkişafı, internet şəbəkəsində transsərhəd məkanının yaradılması, informasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də həlli birlik ölkələrinin ümumi informasiya-kommunikasiya məkanının yaradılmasına xidmət edəcək bir sıra aktual məsələlər müzakirə ediləcək.İclaslar çərçivəsində informasiya təhlükəsizliyi məsələləri üzrə beynəlxalq seminar keçiriləcək. 





04/04/12    Çap et