Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Korporativ sinfə məxsus 4 TB tutumlu ilk sərt disk istehsal edilib


“Western Digital” firması tərəfindən satın alınmış “HGST” (əvvəllər “Hitachi Global Storage Technologies” adlanırdı) şirkəti korporativ sinfə məxsus  “Ultrastar 7K4000” adlı sərt disklər təqdim edib.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, təqdim edilmiş sərt disklər 3,5 düymlü form-faktorda hazırlanıb; kompyuterə “Serial ATA 3.0” (6 Qbit/s) interfeysi vasitəsilə qoşulur. Buferin tutumu 64 Mbayta bərabərdir; şpindelin fırlanma sürəti 7200 dövr/dəq təşkil edir. Fəaliyyətsiz rejimdə 1 vatdan az enerji sərf edir.
“HGST” şirkətinin iddiasına görə, “Ultrastar 7K4000” seriyası dünyada korporativ sinfə məxsus 4 TB tutumlu ilk sərt diskdir.

“Ultrastar 7K4000” seriyasına məxsus sərt disklərin sınaq tədarükləri artıq başlanıb; qiymət haqqında informasiya hələlik yoxdur.





EMİL






04/04/12    Çap et