Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kibercinayətkarlıq və multimedia-kontentin təhlili məsələləri müzakirə edilib
Daşkənddə "Standartlaşdırmada uyğunsuzluğun aradan qaldırılması" mövzusunda "İTU 2012" regional forumu keçirilib. Forum çərçivəsində Regional Rabitə Birliyinə (RRB) üzv ölkələr üçün kibercinayətkarlıq və multimedia-kontentin təhlili məsələləri müzakirə edilib.
Forum Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) standartların hazırlanması və reallaşdırılması sahəsində apardığı işdə RRB-nin üzv ölkələrinin əməkdaşlığının möhkəmləndirilməsi və iştirakının genişləndirilməsi üzrə yol və vasitələrinin aşkar edilməsinə həsr olunub.
Forum üç sessiyadan ibarət olub: "RRB ölkələrində inkişafla bağlı məsələlər", "RRB ölkələrində İKT sahəsində standartlaşmada uyğunsuzluq" və "Standartların hazırlanması ilə bağlı İTU-nun fəaliyyət növlərinin icmalı və bu fəaliyyətdə iştirak imkanları".
Forumun hər bir sessiyasında kibercinayətkarlıq, RRB ölkələrində standartlaşdırmada uyğunsuzluğun aradan qaldırılması, miltimedia-kontentin profilləməsi və monitorinqi, kənd yerləri və ucqar rayonlar üçün resursqoruyucu və sabit mobil rabitə şəbəkəsi, genişzolaqlı çıxışın universallaşdırılması və s. aktual mövzular nəzərdən keçirilib.
Forumun işinin nəticələrinin RRB-nin "İTU 2012" Elektrik rabitəsinin standartlaşdırılması üzrə Dünya Assambleyasına ümumi təkliflərin hazırlanmasına kömək edəcəyi gözlənilir.
04/04/12 Çap et