Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Menecerlər otel biznesində qanuni televiziya kontentinin təmin edilməsi ilə bağlı məlumatlandırılacaqlar


Otellərin baş və texniki menecerləri Azərbaycan otel biznesində qanuni televiziya kontentinin təmin edilməsi ilə bağlı məlumatlandırılacaqlar. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Azərbaycan Kabel Operatorları Assosiasiyasının (AKOA) İcraçı direktoru Əli Əliyev məlumat verib.

Onun sözlərinə görə, maarifləndirmə məqsədilə AKOA və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə menecerlər üçün seminarın təşkili nəzərdə tutulur: ”Aprelin 5-də saat 11:00-da “Avropa” otelinin “Kür” zalında ”Otel televiziyası üçün kompleks həllər və Azərbaycan otel biznesində qanuni televiziya kontentinin təmin edilməsi” mövzusunda seminar keçiriləcək.

Bu tədbirə otellərin baş və texniki menecerləri dəvət olunublar. Seminara “Romsat” şirkətindən Vyaçeslav Çulkov, Mixail Şişkovski, Yelena Çereda, Oleq Kuş kimi spikerlər də dəvət ediliblər”.



 
HƏQİQƏT
 





04/04/12    Çap et