Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo” 14,5% əməkdaşını işdən çıxara bilər


“Yahoo” internet şirkəti 2 min əməkdaşını işdən çıxara bilər. Bu isə 13700 insandan ibarət ştatın 14,5%-ni təşkil edir.

“İCTnews” elektron xəbər xidməti “All Things Digital” texnologiya bloquna istinadən  xəbər verir ki, şirkətin bu məsələ ilə bağlı rəsmi məlumatı bu həftənin çərşənbə günü, ABŞ-da maliyyə bazarlarının açılmasından dərhal sonra dərc edilə bilər.

Məlumat üçün bildirim ki, “Yahoo Inc.” Internet şirkətinin əsası 1994-cü ilin yanvarında Stenfords Universitetinin aspirantları Devid Filo və Cerri Yanq tərəfindən qoyulub. “Yahoo” şirkətinin axtarış sistemi populyarlığına görə ikincidir və şirkət “Yahoo! Directory” internet portalında birləşdirilmiş bir sıra xidmətlər göstərir. 2011-ci ilin dördüncü rübünün nəticəsinə görə, “Yahoo” internet şirkətinin xalis mənfəəti 5% azalıb.


 
EMİL





04/04/12    Çap et