Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avropa Şurası konqresinin nümayəndələrinə “elektron hökumət” quruculuğu haqqında məlumat verilib
Vergilər Nazirliyində Avropa Şurası Yerli və Regional hakimiyyətlər konqresinin nümayəndə heyəti ilə Vergilər nazirinin birinci müavini Natiq Əmirov arasında görüş keçirilib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, N.Əmirov bildirib ki, Azərbaycanla Avropa Şurası arasında parlamentlər, müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatları arasında fəal əməkdaşlıq mövcuddur və Vergilər Nazirliyi də bu prosesdə yaxından iştirak edir.
O, vergi inzibatçılığının təkmilləşdirilməsi və “elektron hökumət” quruculuğu istiqamətində Vergilər Nazirliyinin gördüyü işlərə toxunaraq Azərbaycanın Avropa ölkələrinin qabaqcıl təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb.
SEYMUR
04/04/12 Çap et