Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azercell” : “Sim kartların satış qiymətlərində heç bir dəyişiklik edilməyib”


Ötən gün Bakının müxtəlif satış məntəqələrində “Azercell” sim kartlarının qiymətlərinin qalxması müşahidə olunub. Məsələ ilə bağlı münasibət bildirən  “ Azercell Telekom” MMC-dən  gün ərzində şirkətə “Azercell” sim kartlarının qiymətlərinin qalxması ilə bağlı müraciətlər və sualların daxil olduğunu bildiriblər. ““Azercell” şirkəti rəsmən bildirir ki, şirkət tərəfindən sim kartların satış qiymətlərində heç bir dəyişiklik edilməyib.

Sim kartların nominal qiymətlərindən baha qiymətə satılması halları həmin kartların satıldığı məntəqələrin özbaşınalığı və “Azercell” şirkəti ilə razılaşdırılmamış fəaliyyətinin nəticəsidir” – deyə şirkətin məlumatında qeyd olunur.





05/04/12    Çap et