Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia” artıq Finlandiyanın ən bahalı şirkəti deyil
2007-ci ildə "Nokia" şirkəti təxminən 146 milyard dollar həcmində qiymətləndirilirdi. Lakin 5 ildən sonra şirkətin dəyəri əhəmiyyətli dərəcədə aşağı düşüb. Belə ki, hazırda "Nokia"nın qiyməti 20 milyard dollardan azdır.
"İCTnews" elektron xəbər xidməti bildirir ki, Finlandiyanın ən bahalı şirkətlərinin reytinqində "Nokia" şirkəti ikinci yerdə qərarlaşıb. Birinci yerdə 21 milyard dollarla "Fortum" energetika şirkətidir.
Bəzi mütəxəssislərin fikrincə, hazırda "Nokia" şirkətinin vəziyyəti heç də yaxşı deyil və onun bazar qiyməti yenə də azala bilər.
Məlumat üçün bildirim ki, 2011-ci ildə "Nokia" şirkəti "Microsoft" korporasiyası ilə əməkdaşlıq haqqında saziş imzalamaqla əvvəlki mövqeyini geri qaytarmağa və ya heç olmasa acınacaqlı vəziyyəti düzəltməyə təşəbbüs göstərdi. Lakin yeni strategiya nəticəsində hələ ki heç bir nəticə əldə olunmayıb. 2011-ci maliyyə ilində şirkətin zərəri 1,4 milyard dollar təşkil edib.
EMİL
05/04/12 Çap et