Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur smartfonların qüsurları bəlli oldu


"Nokia" şirkəti "Microsoft" və "AT&T " şirkətinin dəstəyi ilə, bəzi smartfonların  qüsurlarını nümayiş etdirmək məqsədi daşıyan "Smartphone Beta Test" saytını yaradıb.

Saytda yerləşdirilən videoçarxlarda "Nokia"nın əsas rəqibləri "iPhone" və "Android" qurğuların çatışmazlıqları qabardılıb. Çarxların birində "Apple" şirkətinin istehsalı  olan "iPhone 4" və "4S"-in ekranının nazikliyindən bəhs edilir.

Çarxda istifadəçi baha aldığı telefonu bir dəfə yerə salmaqla, yeni "iPhone" və ya yeni şüşə korpus almalı olur. Digər bir videoçarxda isə həsas ekranı Günəş işığı altında solan "Android" qurğularına zərbə vurulur.

Saytda "Nokia" smartfonunun çatışmazlıqları haqqında məlumatlar yer almayıb. Əksinə, şirkətin sonuncu istehsalı olan "Lumia"nın ən yaxşı smartfon olduğuna işarə edilib.

GÜLNAR




05/04/12    Çap et