Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-ın 13 yaşdan yuxarı təxminən 234 milyon sakini mobil rabitədən istifadə edir
“ComScore” şirkəti 2012-ci ilin fevral ayı üzrə Amerikanın mobil aparat bazarı ilə bağlı statistikasını elan edib.
“İCTnews” elektron xəbər xidməti bildirir ki, hesablamalara görə, ABŞ-ın 13 yaşdan yuxarı təxminən 234 milyon sakini mobil rabitədən istifadə edir.
“Samsung” şirkətinin istehsal etdiyi aparatlar bu ölkədə daha geniş yayılıb. Şirkətin Amerika bazarında payı 25,6% təşkil edir. “LG Electronics” şirkəti 19,4% göstərici ilə ikinci yerdə, “Apple” şirkəti isə 13.5% göstərici ilə üçüncü mövqedə qərarlaşıb. “Motorola” şirkəti 12.8% göstərici ilə dördüncü yeri tutub.
Məlumat üçün bildirim ki, son 3 ay ərzində ABŞ-da smartfon sahiblərinin sayı 14% artaraq 104 milyonu ötüb. Maraqlıdır ki, istifadəçilərin 50,1%-i “Android” əməliyyat sistemi ilə işləyir.
“Apple” korporasiyasının “iOS” platforması Amerika bazarının 30.2%-nə nəzarət edir. Sonrakı yerlərdə 13,4%, 3,9% və 1,5% göstəricilər ilə müvafiq olaraq “RIM”, “Microsoft” və “Symbian” platformaları yerləşiblər.
EMİL
05/04/12 Çap et