Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“YouTube”-da ən çox izlənilən “Eurovision” mahnısı
May ayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində ifa olunacaq 42 mahnının videokliplərinin “YouTube”-da bu günədək izlənmə reytinqi açıqlanıb. Bu sıralamada birinci yerdə Rusiyanın müsabiqə təmsilçisi "Buranovskie babuşki" qrupu gəlir.
Rusiya nümayəndələrinin "Party for everybody" mahnısının videoversiyasını 1.020.505 şəxs izləyib. “YouTube” kanalında izlənmə sayına görə ikinci yerdə Kipr təmsilçisi İvi Adamou (397.999), üçüncü yerdə isə Böyük Britaniya təmsilçisi Engelbert Hamperdink (381.848) qərar tutub. Azərbaycan bu sıralamada hələ ki, altıncı yerdədir. Təmsilçimiz Səbinə Babayevanın müsabiqədə ifa edəcəyi "When The Music Dies" mahnısının videoversiyası bu günə kimi 217.763 dəfə izlənilib.
Sıralamada 4-cü yeri Türkiyə tutur. Almaniya 5-ci, Avstriya 7-ci, Xorvatiya , Albaniya 9-cu, Yunanıstan isə 10-cu yerdə qərarlaşıb.
57-ci “Eurovision” Mahnı Müsabiqəsinin favorit təmsilçiləri arasında olan Serbiya təmsilçisi Zeljko Yoksimoviçin müsabiqə mahnısının videoversiyasına 98.170, İsveç təmsilçisi Lorinin 70.133, Fransa təmsilçisi Anqunun 65.062 dəfə baxılıb.
Bugünkü göstəriciyə görə, bu sıralamada sonuncu yerdə İsveçrə təmsilçisi "Sinplus" qrupu dayanıb. Qrupun müsabiqə mahnısının klipinə 34.602 dəfə baxılıb. “eurovision.az” saytının bir neçə gün bundan əvvəl başladığı sorğunun da ilkin nəticələri məlumdur. Saytdakı sorğuda ilk onluqda sıralanma belədir: Ukrayna, İsveç, Azərbaycan, Fransa, Rusiya, Almaniya, Belarus, Norveç, İslandiya, Türkiyə.
05/04/12 Çap et